Mən Samir Bayramlı 13 ildən artıqdır ki, aparıcı olaraq fəaliyyət göstərirəm. Hər zaman müxtəlif səpkili tədbirlərdə, özəl gecələrdə çıxış etmişəm. Dövlət tədbirlərindən tutmuş, dünya ulduzlarının ölkəmizdəki konsertlərinə, konsertlərdən açılışlara, rəsmi gecələrdən, qeyri-rəsmi gecələrə, toy günlərindən, nişan, nigah və ad günü mərasimlərinə, ölkə üzrə müxtəlif konsert turnirlərindən, dövlət əhəmiyyətli günlərdəki konsertlərə qədər aparıcılıq etmişəm. Həmçinin bu tip tədbirlərin təşkilatçısı kimi də fəaliyyət göstərirəm. Xülasə, hər növ tədbirin təşkilindən, aparıcılığına qədər xüsusi işləri mənə etibar edə bilərsiniz.
Hər biri xüsusi diqqət və sevgi ilə ərsəyə gəlmiş işlərimdən bir neçəsinə baxa bilərsiniz.
Nişan və nigah günlərinizi də bizimlə daha yaddaqalan edə bilərsiniz. Xüsusi ssenarinin sizin istəklərinə uyğun hazırlanıb həyata keçirilməsi ilə gününüz sırf sizin istədiyiniz kimi olacaq.
İllərə söykənən peşəkarlığımızla bu tip tədbirlərin hər birini yüksək səviyyədə həyata keçiririk. Hər bir tədbirin özünəməxsusluğu var və biz hər birini tamamilə tədbirin tipinə uyğun aparırıq. Məkanların açılışı, müxtəlif konsertlərin təşkili və aparıcıl
Çoxillik təcrübəmiz əsasında TV efiri üçün bütün verilişlərin hazırlanması, təşkili, ssenarisinin yazılması və aparıcılığını həyata keçiririk. Bütün televiziya və radio kanalları üçün xüsusi proqramların hazırlanması (canlı və ya çəkiliş) bizim xidmətlər